Femto-LASİK

Femto-LASİK – görmənin lazer korreksiyasının femto-müşayiəti

Lazer korreksiyasının femto-lazer müşayiəti – əməliyyat mərhələlərindən birinin – buynuz qişa klapanının formlaşdırılmasının – femto-saniyə lazeri vasitəsilə, yəni kontaktsız yerinə yetirilməsidir.

Görmənin lazer koreksiyası – buynuz qişanın işıq şüalarını sındırmaq qabilyyətinin dəyişdirilməsi, eksimer vasitəsilə ona yeni formanın verilməsidir. Lasik metodunda buxarlanma buynuz qişanın orta laylarında baş verir. Bu laylara çatmaq üçün buynuz qişada klapan formalaşdırılır. Femto-müşayiət zamanı bu klapan alət vasitəsilə, mexaniki şəkildə deyil, femto-saniyə lazeri vasitəsilə toxumaların laylanması şəklində baş verir.

Kontaktsız texnika imkan verir ki:

  • Görmənin dəqiqliyi və itiliyində yeni xarakteristikalar əldə edilsin;
  • Buynuz qişası incə olan insanlarən görməsi bərpa edilsin;
  • Reabiitasia dövrü əhəmiyyətli dərəcədə azalsın;
  • Prosedurun risk faizi azalsın.

Femto-lazer proseduru sayəsində siz yaxıngörmə, uzaqgörmə,astiqmatizmdən azad olacaq, eynək və kontakt linzasız mükəmməl görmə əldə edəcəksiniz. Görmə, patologiyadan asılı olamayaraq, əməliyyatın ilk günü bərpa olunacaq.

Dünyada 2,5 mln-dan artıq uğurlu femtolasikli görmə korreksiyası yerinə yetirilmişdir. Bu metodun tətbiqi sayəsində artıq buynuz qişa anomaliyaları, quru göz, buynuz qişanın qalınlıq

patologiyaları və mürəkkəb göz optikasına malik insanlar belə görmə korreksiyası həyata keçirə bilərlər. Bu yaxınlara qədər belə problemləri olan insanlar lazer korreksiyası edə bilməzdilər. İndi isə onlar üçün də əməliyyata əks-göstəriş yoxdur.