
Fala baxma, Fal Nədir?
Qadınların bir yerdə toplandıqları zaman əyləncə üçün baxdırdıqları kofe və ya dihər fallar dinimizdə haramdır. Əyləncə üçün inanılmasa belə baxılan fallar belə inamı dərdindən sarsmaya yetərlidir.
Fal nədir? Fala baxma necə olur?
Kofe falı, kart falı və əl falı da daxil olmaqla bilinən fal növləri “astrologiya” adı altında ümumiləşdirilir. Bunun elmi dayanağı varmı?
İslamda qəti şəkildə qadağan edilən falçılıq xurafatı keçmiş zamanlardakı cahillik zamanı ərəblərindən bu günə qədər uzanan ən mənasız və səhv batil inanclardan biridir. Fala baxmanın dinimizdə nə qədər problemli olduğundan xəbərsiz olan bəzi məntiqsiz inaanların fala baxdırdıqdan sonra çıxan nəticəyə görə hərəkət etməsidə ayrı bir ironiyadır. Tarot, oyun kartları, ulduz xəritəsi, su falı və s kimi fal növləri əsli gələcəkdəki olanları bilməyə iddia etmə kimi batil əsaslara dayanır.
Halbu ki insanın nəinki gələcəyi, hətta 5 dəqiqə sonra nə olacağını bilməyəcəyi Allahın kitabı Qurani Kərimdə açıqca bildirilir. Qurani Kərim fala baxmanın şeytanın insanları yoldan çıxarmaq üçün əl atdığı ” pislikdir”.
Bəzən falçıların dedikləri doğru ola bilər. Amma bu onların haqlı olduğu mənasına gəlməz. Falçının yanına gedən insanlar, əsasən, öz əməllərinə haqq qazandırmaq üçün belə bir sual verirlər: “Bəs necə olur ki, falçı bəzən bir çox şeyi olduğu kimi deyir, bəs o bunları hardan bilir?”.
Quran ayəsindən məlum olduğu kimi, fal şeytan əməlidir. Şeytan bəzi qeybi məsələlərə məlumatlı olur və “falla” məşğul olanlara bəzi məlumatları pıçıldayır və falçı da bunları fala baxdırmağa gələn insana söyləyirlər.
Tarot falı
Tarot Kartları ilk olaraq Trionfi deyə adlanmış daha sonralar Tarochhi, Tarock və başqa adlar daşımışdır. Tarot Kartları dəsti ümumiyyətlə 78 kartdan meydana gəlməkdədir. Tarot falı üçün niyyət edilir və təsadüfü 7 kart seçilir.
Kartla fala baxma
Ən qədim qeydlərə görə kartla fala baxma Avropada 14 cü əsrdən yaranıb. Amma falın ümumi mənşəyi yaxın şərqlə Levantla bağlıdır. Kart dəstəsində 52 kart olur. Kartlar 4 dəstəyə ayrılır. 4 dəstədə qırmızı ürək, kərpic, xaç və qara ürək olur. Hər dəstədə ikidən ona qədər dəstə kartları və valet, dama, kral və tuz deyilən şəkil kartları vardır.
Domino ilə fala baxma
Domino daşları ilk olaraq Uzaq şərqdə, Çində ortaya çıxmışdır. Bilinən ən qədim qeyd dominonun bizim eranın 10cu əsrində oyun olaraq oynandığını göstərməkdədir. Bu dominolar bildiyimiz dominolardan bir az fərqli olub, ağ mövcud deyildi. Domino və Kart oyunu oynamaq üçün istifadə edilə bilirdi.Domino falı baxılması ən asan olan fal növüdür. Niyyətli tək bir dilək tutub bir domino çəkir və çəkdiyi dominoya aid ümumi bir şərh edilir. Bu isə köhnə zamanlarda şamanların niyyət tutaraq sümük üzərində çıxacaq xəttlərin şərh olunmasını xatırladır.
Zərlə fala baxma
Qədim zamanlardan insanlar zərlə fala baxırlar. Zərin nə vaxt və harada ortaya çıxdığına dair qəti bir məlumat olmasa da, o və ona bənzər oyun vasitələri insanlığın ən qədim oyunlarından biridir. Zər oyun üçün istifadə edilməzdən çox çox əvvəl gələcəyə dair bir sıra kəhanətlər üçün istifadə edilərdi.Kub şəkilli olan və günümüzdəki zərlərə bənzəyən zərlər e. ə. 2000-ci ilə aid Misir türbələrində və Çində e. ə. 600cü ilə aid mədəni təbəqədə ortaya çıxarılmışdır. Zərə aid ən qədim yazılı qeyd Qədim Sanskrit dastanı Mahabharatadadır və 2000 il əvvələ aiddir.
Kofe ilə fala baxma
Qəhvə falı və qəhvə mədəniyyəti qədim dövrlərdən bu günə qədər davam edən bir mədəniyyətdir. Xoş söhbətləri müşayiət edən qəhvələr ləzzətlə içildikdən sonra “fincanını bağla, bir falına baxaq” dedikdən sonra dərin detallara gedilir. Fala baxmaq üçün kofe yaxşı bişirilir. Qatı olmalıdır. Fincanda 3-5 dəqiqə saxlanılır. Axıra kimi içilməməlidir. Təxminən 1 xörək qaşığı maye fincanda qalmalıdır. Qəhvə falçılarının diqqət yetirdiyi detal fincanın bağlanma tərzidir. Fincanıbağlayarkən özünüzə tərəf bağlamalı və bu vaxt bir dilək tutmalısınız.
Fincanı bir müddət soyuduqdan sonra açmalısınız. Soyumanı sürətləndirmək üçün fincanın altına bir üzük və ya qəpik qoya bilərsiniz.İndi soyuyan fincanı açmağın və şərh etməyin vaxtı gəldi. İlk alışınızda fincan və nəlbəki çətin ayrılırsa, bəxtiniz sultanın bəxtinə çevrilib və arzunuzun reallaşma ehtimalı daha yüksəkdir. Fincanı tutacaqdan tutun və aydınlıqbir mühitdə araşdırın.Fincandakı şəkilləri saat istiqamətində izləməyi unutmayın.Fincan üzərində dayanarkən bütün stresinizi və zehninizi unutun. Çünki falçılar üçün rahat bir düşüncə ilə baxmaq daha məqbuldur. Fala baxan insanın hissləri şərhlərində əks oluna bilər.