Qadınlar

Burclerin uygunlugu

Münasibətlər və sevgi uyğunluğu astrologiyanın ən maraqlı sahələrindən biridir. Hər birimiz fərqli zaman və coğrafiyalarda göyüzündəki o ana səciyyəvi olmayan qeyri adi, Günəş və Ay düzülümləri altinda dünyaya gələrik və başqa biri ilə qarşılaşdığımızda və bir araya gəldiyimiz də o insanın da səma ardıcıllığı aramızdakı münasibətin sirrini və tilsimini yaradır. Doğum xəritələrimizin qarşılıqlı harmoniyasını araşdıran sahə astrologiyada sinastriya adlanır.Ən dəqiq sinastri analizini aparmaq üçün hər iki insanın doğum qrafikləri doğulduqları yerə və zamana görə tərtib edilməlidir.

Bürclərin uyğunluğu nədir?

Əlbətdə ki, bu analizlər həmişə mümkün olmadığına görə, ən tanış və bilinən məlumatlar, ulduz falı, münasibətlərin harmoniyası üçün bizə ən doğru məlumatı verə bilər. Məsələn, bir insan Əqrəbdirsə, onu tamamlayan ən yaxşı bürc Buğadır. Eyni sözləri Tərəzi-Qoç, Əkizlər-Oxatan, Xərçəng-Oğlaq, Dolça-Şir, Qız-Balıqlar haqqında da demək mümkündür.Hər nə qədər həddindən artıq ümumiləşdirmə olsa da, bu iki şəxsin əlamətlərinin, yəni xəritələrindəki Günəşlərin bir-biri ilə danışdığını düşünə bilərik.

Burcların uyğunluğu nəyi anladır?

Mükəmməl bir uyğunluq üçün doğum xəritələrində planetlərin bir biri ilə uyğunluğu ilə yanaşı bəzi uyğunsuzluqlarda axtarılır. Əks təqdirdə bir birini üst-üstə örtən xəritə zaman içində özü ilə bərabər darıxdırıcı münasibət gətirə bilər. Bir birinə əks olması by münasibətin duzu istiotu və alovlandırıcısı olaraq yer almaq məcburiyyətindədir.

Hansı bürclər bir biri ilə uyumludur?

Hər kəs  tamamlayan, ruh əkizi ola biləcək insanı tapmağı arzulayır. Amma  təəssüf ki, hamı xəyallarında canlandırdığı insanla qarşılaşa bilmir. Lakin astroloqlar bizim işimizi biraz asanlaşdırıb. Onlar hansı bürclərin bir-biri ilə uyğun gəldiyini göstərən cədvəl hazırlayıb.

Bir birinə uyğun olan bürclər:

  • Qoç + Dolça və ya Əkizlər
  • Buğa + Balıq və ya Xərçəng
  • Əkizlər + Qoç və ya Şir
  • Xərçəng + Buğa və ya Qız
  • Şir + Əkizlər və ya Tərəzi
  • Qız + Xərçəng və ya Əqrəb
  • Tərəzi + Şir və ya Oxatan
  • Əqrəb + Qız və ya Oğlaq
  • Oxatan + Dolça və ya Tərəzi
  • Oğlaq + Əqrəb və ya Balıq
  • Dolça + Oxatan və ya Qoç
  • Balıq + Oğlaq  və ya Buğa

Elementlər və bürclərin vacib keyfiyyətləri də sevgi uyumunda əsas rol oynaya bilər. Yenə də xüsusilə doğru sinastri alına bilən doğum xəritələri çıxarıla bilmirsə bu dahada önəmli hala gələcəkdir. Hava qrupu bürclər öz aralarında torpaq, od, su qrupu bürcləri öz aralarında gözəl bir harmoniyaya sahibdir. Tərəzi-Əkizlər-Dolça (Hava üçlüyü), Qız-Buğa-Oğlaq (Yer üçlüyü), Oxatan-Şir-Qoç (Od üçlüyü), Balıqlar-Xərçəng-Əqrəb (Su Üçlüyü) özləri arasında olduqca uyğun qruplardır. Bundan əlavə, torpaq bürcləri su bürcləri ilə, hava bürcləri od bürcləri ilə yaxşı bir uyğunlaşma əldə edə bilər. Bürclərin sabit, aparıcı və dəyişkən keyfiyyətləri oxşar şəkildə qiymətləndirilə bilər.

Elementlərdən fərqli olaraq, iki sabit aparıcı  və ya dəyişənin birləşməsi çətin ola bilərkən, bir sabit bürclə öz elementindən uyumlu bir dəyişkən bürc daha çox uyumu olan bir münasibəti vəd edə bilər.

загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button